...

"Mançester Yunayted" Sulşer ilə yollarını ayırıb

İdman Materials 21 Noyabr 2021 20:34 (UTC +04:00)
"Mançester Yunayted" Sulşer ilə yollarını ayırıb

Bakı. Trend:

İngiltərənin "Mançester Yunayted" klubu baş məşqçisi Ule Qunnar Sulşerlə yollarını ayırıb.

Trend klubun rəsmi saytına istinadən xəbər verir ki, norveçli mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Onun gedişindən sonra komandaya müvəqqəti olaraq məşqçi Maykl Kerrik rəhbərlik edəcək.

Qeyd edək ki, Ule Qunnar Sulşer 2018-ci ilin dekabrında "Mançester Yunayted"in sükanı arxasına keçmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti