...

İngiltərə Premyer Liqası: "Mançester Siti" "Lids"i darmadağın etdi

İdman Materials 15 Dekabr 2021 05:32 (UTC +04:00)
İngiltərə Premyer Liqası: "Mançester Siti" "Lids"i darmadağın etdi

Bakı. Trend:

Futbol üzrə İngiltərə Premyer Liqasının 17-ci turunda "Mançester Siti" öz meydanında "Lids"i qəbul edib.

Trend-in məlumatına görə, oyun "Mançester Siti"nin 7:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qolları Fil Foden (8-ci dəqiqə), Cek Qriliş (13), Kevin De Bröyne (32, 62), Riyad Mahrez (49), Con Stounz (74) və Natan Ake (78) vurublar.

17 turdan sonra 41 xal toplayan "Mançester Siti" turnir cədvəlində ilk pillədə, 16 xal toplayan "Lids" isə 16-cı pillədə qərarlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti