...

"Real"ın iki futbolçusu koronavirusa yoluxub

İdman Materials 15 Dekabr 2021 17:00 (UTC +04:00)
"Real"ın iki futbolçusu koronavirusa yoluxub

Bakı. Orxan Nəbiyev - Trend:

İspaniyanın "Real" (Madrid) futbolçuları xorvatiyalı Luka Modriç və braziliyalı Marselo koronavirusa yoluxub.

Trend-in məlumatına görə, bu barədə klubun mətbuat xidməti bildirib.

Qeyd olunur ki, futbolçuların verdikləri test müsbət nəticələnib. Hər iki oyunçu karantinə alınıb, onların sağlamlıq vəziyyəti barədə məlumat verilməyib.

"Real"ın İspaniya çempionatı çərçivəsində növbəti matçlarının təxirə salınıb-salınmayacağı məlum deyil.

Klubun növbəti matçı dekabrın 19-da "Kadis"ə qarşı nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti