...

“Böyük dəbilqə” turnirinin birinci gününü Azərbaycan komandası medalsız başa vurub

İdman Materials 5 Fevral 2022 20:52 (UTC +04:00)
“Böyük dəbilqə” turnirinin birinci gününü Azərbaycan komandası medalsız başa vurub

Bakı. Trend:

Parisdə keçirilən “Böyük dəbilqə” turnirinin birinci gününü Azərbaycan komandası medalsız başa vurub.

Trend xəbər verir ki, komandamızın üzvü Kəramət Hüseynov (60 kq) ilk görüşündə Daouda Dabone (Kot d’ivuar), növbəti mərhələdə monqolustanlı Ariunbold Enkhtaivana qalib gələrək yarımfinala yüksəlsə də, bu mərhələdə yaponiyalı Ryuju Nagayamaya uduzub. Cüdoçumuz bürünc medal uğrunda görüşdə də gürcüstanlı Jaba Papinaşviliyə məğlub olaraq medalsız qalıb.

Turnirdə 73 kiloqram çəki dərəcəsində mübarizə aparan Rüstəm Orucov ilk qarşılaşmada fransalı Benjamin Axusa məğlub olub. Həmin çəkidə turnirə qatılan daha bir təmsilçimiz - Hidayət Heydərovun da çıxışı uğursuz olub. Belə ki, o, Fransanın digər cüdoçusu Theo Riquinə qalib gəlsə də, sonrakı mərhələdə qambiyalı Faye Njieyə uduzub.

Qeyd edək ki, Azərbaycan iki gün davam edəcək bu nüfuzla yarışda 6 cüdoçu ilə təmsil olunur.

Turnirdə 52 ölkədən 285 idmançı iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti