...

Cüdoçularımız açıq Avropa turnirində qızıl və gümüş medal qazanıblar

İdman Materials 12 Fevral 2022 21:43 (UTC +04:00)
Cüdoçularımız açıq Avropa turnirində qızıl və gümüş medal qazanıblar

Bakı. Trend:

Bosniya və Herseqovinanın Sarayevo şəhərində cüdo üzrə açıq Avropa turniri davam edir.

Trend-in məlumatına görə, turnirdə 60 kiloqram çəki dərəcəsində çıxış edən cüdoçularımız Samir Piriyev və komanda yoldaşı Turan Bayramov bütün rəqiblərini məğlub edərək finala yüksəliblər. Həlledici mərhələdə cüdoçularımız üz-üzə gəliblər. Qarşılaşmanı qızıl xal bölümündə ipponla başa vuran Turan Bayramov turnirin qalibi olub. Samir Piriyev isə gümüş medalla kifayətlənib.

Fevralın 13-dək davam edəcək yarışa 26 ölkədən 321 idmançı qatılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti