...

"Çelsi" ilk dəfə klublararası dünya çempionatının qalibi olub

İdman Materials 12 Fevral 2022 23:28 (UTC +04:00)
"Çelsi" ilk dəfə klublararası dünya çempionatının qalibi olub

Bakı. Trend:

Klublararası dünya çempionatının final oyununda İngiltərənin "Çelsi" futbol klubu Braziliyanın "Palmeyrası" komandasını məğlub edib.

Trend-in məlumatına görə, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə keçirilən görüş "Çelsi"nin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Qalib komandada qolları Romelu Lukaku (55-ci dəqiqə), Kai Havertz (117, penalti) vurub. "Palmeyras" heyətində Rafael Veyqa (64, penalti) fərqlənib.

Beləliklə, "Çelsi" klubu tarixində ilk dəfə klublararası dünya çempionatının qalibi olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti