...

“Qalatasaray” “Barselona”ya rəqib oldu

İdman Materials 25 Fevral 2022 16:09 (UTC +04:00)
“Qalatasaray” “Barselona”ya rəqib oldu

Bakı. Fərid Zöhrabov - Trend:

UEFA Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.

Trend xəbər verir ki, bu raundda qrup mərhələsinin 8 qalibi və pley-offu adlayan komandalar üz-üzə gələcək.

“Qalatasaray”ın rəqibi bu turnirin əsas favoritlərindən sayılan “Barselona” olub. “Sarı-qırmızılar” ilk matçı səfərdə, qrup qalibi olduğu üçün cavab matçını İstanbulda keçirəcək.

Avropa Liqası
1/8 final

“Reyncers” (Şotlandiya) – “Srvena Zvezda” (Serbiya)

“Braqa” (Portuqaliya) – “Monako” (Fransa)

“Portu” (Portuqaliya) – “Lion” (Fransa)

“Atalanta” (İtaliya) – “Bayer” (Almaniya)

“Sevilya” (İspaniya) – “Vest Hem” (İngiltərə)

“Barselona” (İspaniya) – “Qalatasaray” (Türkiyə)

“Leypsiq” (Almaniya) – “Spartak” (Rusiya)

“Betis” (İspaniya) – “Ayntraxt” (Almaniya)

Qeyd edək ki, ilk oyunlar 9-10 mart tarixlərində, cavab görüşləri martın 17-də baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti