...

Bakıda Akrobatika Gimnastikası üzrə 12-ci Dünya Yaş Qrupları Yarışlarının ikinci günü start götürüb (FOTO)

İdman Materials 4 Mart 2022 10:30 (UTC +04:00)
Bakıda Akrobatika Gimnastikası üzrə 12-ci Dünya Yaş Qrupları Yarışlarının ikinci günü start götürüb (FOTO)

Bakı. Cani Babayeva - Trend:

Martın 4-də Bakı Milli Gimnastika Arenasında Akrobatika Gimnastikası üzrə 12-ci Dünya Yaş Qrupları Yarışlarının ikinci günü start götürüb.

Trend-in məlumatına görə, bu gün 12-18 yaş qrupunda ikinci təsnifat mərhələsi keçiriləcək. Qadın və kişi cütlüklər temp hərəkətləri, qarışıq cütlüklər və qadın qrupları balans hərəkətləri nümayiş etdirəcək. Yarışlaırn yekununda finalçılar müəyyən ediləcək.

Qeyd edək ki, martın 3-dən 6-dək Bakıda Akrobatika Gimnastikası üzrə 12-ci Dünya Yaş Qrupları Yarışları keçirilir.

Yarışda 24 ölkədən 438 gimnast iştirak edir.

Yarışda idmançılar 12-18 və 13-19 yaş qrupları üzrə kişi cütlükləri, qadın cütlükləri, qarışıq cütlüklər, kişi qrupları, qadın qrupları balans, temp və qarışıq hərəkətlər proqramında qüvvələrini sınayacaqlar.

Yarışda Azərbaycanı 12-18 yaş kateqoriyasında Rəsul Seyidli, Rəvan Zeynallıdan ibarət kişi cütlüyü, Nəzrin Qasımova, Xanım Məmmədzadədən ibarət qadın cütlüyü, Milana Əliyeva, Nizam Xamidulindən ibarət qarışıq cütlük, Anahita Bashiri, Zəhra Rəşidova, Nəzrin Zeyniyevadan ibarət qadın qrupu və 13-19 yaş kateqoriyasında Leyla Bəşirova, Nəzrin Fərmanova, Mənsumə Məmmədzadədən ibarət qadın qrupu təmsil edir.

(Tərcümə: Orxan Nəbiyev. Foto: Zaur Mustafayev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti