...

Avropa Liqası: "Barselona" "Qalatasaray" ilə heç-heçə edib

İdman Materials 11 Mart 2022 02:07 (UTC +04:00)
Avropa Liqası: "Barselona" "Qalatasaray" ilə heç-heçə edib

Bakı. Trend:

İspaniyanın “Barselona” futbol klubu Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununda Türkiyənin “Qalatasaray” klubu ilə heç-heçə edib.

Trend-in məlumatına görə, Barselonanın "Kamp Nou" stadionunda keçirilən görüş 0:0 hesabı ilə başa çatıb.

Cavab qarşılaşması martın 17-də İstanbulda keçiriləcək.

Qeyd edək ki, Avropa Liqasının final oyunu mayın 18-də İspaniyanın Sevilya şəhərində keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti