...

Azərbaycan boksçusu Avropa çempionu olub

İdman Materials 23 Mart 2022 23:22 (UTC +04:00)
Azərbaycan boksçusu Avropa çempionu olub

Bakı. Trend:

Azərbaycan boksçusu Nicat Hüseynov Avropa çempionu adını qazanıb.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Boks Federasiyasından bildirilib.

Məlumata əsasən, o, bu titula Xorvatiyanın Poreç şəhərində keçirilən 22 yaşadək boksçular arasında qitə birinciliyində yiyələnib.

51 kq çəki dərəcəsində mübarizə aparan dünya və Avropa birinciliklərinin mükafatçısı finalda gürcüstanlı Lekso Xasayadan güclü olub. Boksçumuz rəqibini 5:0 (30:28, 29:28, 30:27, 29:28, 29:27) hesabı ilə məğlub edərək, qızıl medala layiq görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti