...

Bakıda idman gimnastikası üzrə FIG Dünya Kubokunun final gününə start verilib (FOTO)

İdman Materials 3 Aprel 2022 12:43 (UTC +04:00)
Bakıda idman gimnastikası üzrə FIG Dünya Kubokunun final gününə start verilib (FOTO)
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Aprelin 3-də Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kuboku yarışlarının final gününə start verilib.

Trend-in məlumatına görə, bu gün kişilər arasında dayaqlı tullanma, dəstəli at və turnik, qadınlar arasında sərbəst hərəkətlər və gimnastika tiri üzərində hərəkətlərdə final yarışları keçiriləcək.

Qeyd edək ki, martın 31-dən aprelin 3-dək Milli Gimnastika Arenasında Kişi və Qadın İdman Gimnastikası üzrə FIG Dünya Kuboku keçirilir.

Ölkəmizin gimnastika növləri üzrə bu il təşkil edəcəyi 4-cü beynəlxalq yarışda qeydiyyat siyahısına əsasən 34 ölkədən 145 idmançı qüvvəsini sınayır.

2022-ci ildə bu gimnastika növü üzrə müxtəlif ölkələrdə keçirilən Dünya Kubokunun üç mərhələsindən sonra Bakıda keçiriləcək yarışlar final mərhələsi hesab olunur.

Yarış zamanı azərbaycanlı gimnast Nikita Simonov halqa hərəkətləri üzrə FIG Dünya Kubokunun bürünc medalını qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti