...

Şamaxıda keçiriləcək ilk ev oyunumuzda yaxşı nəticə əldə etməyə çalışacağıq - Baş məşqçi

İdman Materials 8 Aprel 2022 12:09 (UTC +04:00)
Şamaxıda keçiriləcək ilk ev oyunumuzda yaxşı nəticə əldə etməyə çalışacağıq - Baş məşqçi
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Şamaxıda keçiriləcək ilk ev oyunumuzda yaxşı nəticə əldə etməyə çalışacağıq.

Bunu Trend-ə "Şamaxı" futbol klubunun baş məşqçisi Sənan Qurbanov deyib.

"Komandamız çempionatın digər oyunları kimi, "Neftçi" ilə də oyuna əzmlə hazırlaşır. Komandamızın heyətində itkilərimiz də var. Buna baxmayaraq çalışacağıq ki, oyunda bu itkilərimizin yerini layiqincə dolduraq.

Sabah yaxşı nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Azarkeşlərin oyuna marağı böyükdür. Bu gün Şamaxıda ilk ev oyunumuzun son məşqinə çıxacağıq",- deyə S.Qurbanov bildirib.

Qeyd edək ki, sabah Azərbaycan Premyer Liqası, XXII turu çərçivəsində Şamaxı şəhər stadionunda “Şamaxı”- “Neftçi” oyunu baş tutacaq. Oyun saat 14:00-da başlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti