...

Çexiyada keçirilən beynəlxalq turnirdə gimnastlarımız 7 medal qazanıblar (FOTO)

İdman Materials 10 Aprel 2022 22:34 (UTC +04:00)
Çexiyada keçirilən beynəlxalq turnirdə gimnastlarımız 7 medal qazanıblar (FOTO)

Bakı. Trend:

Çexiyanın paytaxtı Praqa şəhərində aerobika gimnastikası üzrə keçirilən açıq beynəlxalq turnirdə qüvvəsini sınayan yığma komandamızın üzvləri uğurla çıxış edərək 4 qızıl, 2 gümüş, 1 bürünc medal əldə ediblər.

Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, komandamızın üzvlərindən fərdi proqramda Məryəm Topçubaşova (12-14 yaşlılar arasında) və Dilarə Qurbanova (15-17 yaşlılar arasında) bütün rəqiblərini üstələyərək qızıl medal qazanıblar. Dilarə Qurbanova, Sara Əlixanlı və Sənəm Kazımovadan ibarət üçlüyümüz (15-17 yaşlılar arasında) və Arzu Ağayeva, Sara Əlixanlı, Leyla Bejanova, Dilarə Qurbanova, Sənəm Kazımovadan ibarət qrupumuz (15-17 yaşlılar arasında) fəxri kürsünün birinci pilləsində qərarlaşıblar.

Komandamızın digər təmsilçisi Vladimir Dolmatov fərdi növdə böyüklər arasında gümüş medal qazanıb. Böyüklər arasında üçlük proqramında Mədinə Mustafayeva, Xoşqədəm Quliyeva və Vladimir Dolmatov da ikinci olublar.

Qarışıq cütlüklər proqramında Vladimir Dolmatov və Mədinə Mustafayeva bürünc medala sahib çıxıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti