...

"Çelsi"nin hücumçusu Lukaku "Real"a qarşı oyunu buraxacaq

İdman Materials 12 Aprel 2022 04:04 (UTC +04:00)
"Çelsi"nin hücumçusu Lukaku "Real"a qarşı oyunu buraxacaq

Bakı. Trend:

İlgiltərənin "Çelsi" klubunun belçikalı hücumçusu Romelu Lukaku Çempionlar Liqasının 1/4 finalında "Real" klubuna (Madrid) qarşı keçiriləcək cavab oyununu buraxacaq.

Trend xəbər verir ki, bu barədə klubun mətbuat xidmətindən bildiriblər.

Belçikalı hücumçu oyun üçün təqdim edilən heyətdə yoxdu. Qeyd edilir ki, R.Lukaku fiziki problemlər yaşamaqda davam edir.

Daha əvvəl koronavirus testi müsbət çıxan londonluların kapitanı Sezar Aspilikueta komandaya qayıdıb.

Qeyd edək ki, "Real" və "Çelsi" arasında cavab qarşılaşması aprelin 12-si saat 23:00-da keçiriləcək. İlk oyunda londonlular 1:3 hesabı ilə məğlub olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti