...

"Liverpul" İngiltərə kubokunun finalına yüksəlib

İdman Materials 16 Aprel 2022 21:42 (UTC +04:00)
"Liverpul" İngiltərə kubokunun finalına yüksəlib

Bakı. Trend:

“Liverpul” futbol klubu “Mançester Siti”ni məğlub edərək İngiltərə kubokunun finalına yüksəlib.

Trend-in məlumatına görə, Londonun "Uembli" stadionunda keçirilib.

Oyunda hesabı 10-cu dəqiqədə "Liverpul"un fransalı müdafiəçisi İbrahima Konate açıb. 17-ci dəqiqədə Sadio Mane "Liverpul"ul ikinci qolunu vurub. Birinci hissenin sonunda seneqallı hücumçu yenidən fərqlənib.

İkinci hissədə "Siti" iki qol vurmağı bacarıb. "Şəhərlilər"in heyətində Cek Qriliş və Bernardo Silva fərqlənib. Beləliklə, "Liverpul" rəqibini 3:2 hesabı ilə məğlub edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti