...

UEFA Region Kuboku yarışlarının 2022-23-cü il mövsümünün ilkin mərhələsinin oyunları Azərbaycanda keçiriləcək

İdman Materials 23 Aprel 2022 01:01 (UTC +04:00)
UEFA Region Kuboku yarışlarının 2022-23-cü il mövsümünün ilkin mərhələsinin oyunları Azərbaycanda keçiriləcək

Bakı. Trend:

UEFA Region Kuboku yarışlarının 2022-23-cü il mövsümünün ilkin mərhələsinin oyunları iyunun 23-29-da Azərbaycanda keçiriləcək.

Trend AFFA-nın saytına istinadla xəbər verir ki, ölkəmizi bu turnirdə təmsil edəcək Region Liqasının 2021-22-ci il mövsümünün qalibi ilkin mərhələnin ikinci qrupunda Belarus komandası ilə qarşılaşacaq. İlkin mərhələnin birinci qrupunda isə Gürcüstan, Qazaxıstan və Estoniya təmsilçiləri mübarizə aparacaqlar.

Qrup qalibləri finalda növbəti mərhələyə vəsiqə qazanmaq uğrunda mübarizə aparacaq və qalib komanda əsas mərhələdə Türkiyə, Portuqaliya, Finlandiya komandalarının rəqibi olacaq.

Qeyd edək ki, UEFA Region Kuboku yarışlarının 2020/2021-ci il mövsümü COVID-19 pandemiyası səbəbindən təxirə salınmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti