...

Üzgüçülərimiz beynəlxalq turnirin 3-cü günündə də medallar qazanıblar (FOTO)

İdman Materials 2 May 2022 10:47 (UTC +04:00)
Üzgüçülərimiz beynəlxalq turnirin 3-cü günündə də medallar qazanıblar (FOTO)

Bakı. Trend:

Üzgüçülük üzrə Azərbaycan milli komandasının üzvləri Çexiyanın Ostrava şəhərində keçirilən beynəlxalq turnirdə uğurlu çıxışlarını davam etdiriblər.

Yarışın 3-cü günündə bütün komanda ilə finala vəsiqə qazanmağı bacaran komanda üzvlərindən Ramil Vəlizadə 100 metr məsafədə batterfley üsulunda 54.52 nəticə ilə kürsünün 3 cü pilləsinə yüksəlib və bürünc medal qazanıb.

Azərbaycan Üzgüçülük Federasiyasiyasını mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 100 mert batterfley üsulunda finala vəsiqə qazanan Məryəm Şeyxəlizadəxangah isə 1.02.25 nəticə ilə güclülər sırasında ilk üçlükdə yer alıb və sayca 3-ci bürünc medalı qazanıb.

Məlumat üçün bildirək ki, hazırda millimizin aktivində 5 medal var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti