...

Bədii Gimnastika üzrə 27-ci Bakı Çempionatının “yeniyetmələr” yaş kateqoriyası üzrə qaliblər mükafatlandırılıb

İdman Materials 4 May 2022 19:39 (UTC +04:00)
Bədii Gimnastika üzrə 27-ci Bakı Çempionatının “yeniyetmələr” yaş kateqoriyası üzrə qaliblər mükafatlandırılıb

Bakı. Trend:

Mayın 4-də Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 27-ci Bakı çempionatının "yeniyənlər" (2007-2009) yaş kateqoriyasında gimnastlar arasında fərdi çoxnövçülük üzrə qaliblərin və medalçıların mükafatlandırılması mərasimi keçirilib.

Şəxsi çoxnövçülükdə qızıl medalı Mədinə Dəmirova, gümüşü Kamilla Qafarova, bürünc medalı isə Gövxar İbrahimova qazanıb. Hər üç gimnast “Ocaq Sport” klubunun yetirmələridir.

Qeyd edək ki, mayın 3-4-də Bakı Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 27-ci Bakı birinciliyi keçirilir.

Birincilikdə 9 klubdan ümumilikdə 123-ü fərdi və 63-ü qrup komandasının (12 qrup) üzvü olmaqla 186 gimnast iştirak edir.

Yarışda idmançılar fərdi (balacalar - 2012, 2013, 2014-cü il təvəllüdlü, yeniyetmələr - 2010-2011-ci il təvəllüdlü, gənclər - 2007-2009-cu il təvəllüdlü) və qrup hərəkətləri proqramında (balacalar - 2012-2014-cü il təvəllüdlü, yeniyetmələr - 2010-2011-ci il təvəllüdlü) mübarizə aparır.

İki gün davam edəcək yarışda gimnastlar fərdi çoxnövçülükdə və qrup hərəkətləri proqramında öz aralarında qalibləri müəyyənləşdirəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti