...

Bədii gimnastika üzrə Bakı birinciliyi maraqlı keçir - yarışın gümüş mükafatçısı

İdman Materials 4 May 2022 23:59 (UTC +04:00)
Bədii gimnastika üzrə Bakı birinciliyi maraqlı keçir - yarışın gümüş mükafatçısı
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Bədii gimnastika üzrə Bakı birinciliyinin yarışları maraqlı və parlaq keçir, gimnastlar artistizm nümayiş etdirməyə, hərəkətləri alətləri itirmədən nümayış etdiyməyə çalışırlar.

Bunu Trend-ə bədii gimnastika üzrə 27-ci Bakı birinciliyi zamanı fərdi çoxnövçülükdə gümüş medal qazanan, "Ocaq Sport" klubunun yetirməsi Kamilla Qafarova deyib.

Gimnast Bakı çempionatının “gənclər” yaş kateqoriyasında gümüş medalı qazanıb.

"Hərəkətlərin yerinə yetirilməsi zamanı bəzi nöqsanlarım oldu, proqramı daha yaxşı nümayiş etdirmək olardı. Daha çox məşq edəcəyəm ki, növbəti turnirdə proqramı səhvsiz nümayiş etdirim. Dörd yaşımdan gimnastika ilə məşğul oluram, əvvəlcə valideynlərim məni idmana gətiriblər ki, yaxşı qamətim olsun. Amma o qədər xoşuma gəldi ki, qalıb yarışmaq istədim", - deyə o qeyd edib.

Gənc idmançı onu da bildirib ki, bir neçə gün əvvəl Polşada keçirilən beynəlxalq turnirdən qayıdıb. K.Qafarova orada çoxnövçülükdə birinci yeri qazanıb.

Qeyd edək ki, mayın 3-4-də Bakı Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 27-ci Bakı birinciliyi keçirilib.

Birincilikdə 9 klubdan ümumilikdə 123-ü fərdi və 63-ü qrup komandasının (12 qrup) üzvü olmaqla 186 gimnast iştirak edib.

Yarışda idmançılar fərdi (balacalar - 2012, 2013, 2014-cü il təvəllüdlü, yeniyetmələr - 2010-2011-ci il təvəllüdlü, gənclər - 2007-2009-cu il təvəllüdlü) və qrup hərəkətləri proqramında (balacalar - 2012-2014-cü il təvəllüdlü, yeniyetmələr - 2010-2011-ci il təvəllüdlü) mübarizə aparıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti