...

27-ci Bakı çempionatında növbəti mükafatlandırma mərasimi keçirilib (FOTO)

İdman Materials 4 May 2022 21:02 (UTC +04:00)
27-ci Bakı çempionatında növbəti mükafatlandırma mərasimi keçirilib (FOTO)

Bakı. Trend:

Mayın 4-də Milli Gimnastika Arenasında bədii gimnastika üzrə komandalar arasında 27-ci Bakı çempionatının “uşaqlar” (2012-2014-cü il təvəllüdlü) yaş kateqoriyası üzrə qrup hərəkətləri üzrə qalib və mükafatçılarının mükafatlandırılması mərasimi keçirilib.

Trend -in məlumatına görə, çoxnövçülükdə qaliblər və mükafatçılar iki proqramın - aparatsız və beş halqanın nəticələrinə əsasən müəyyən edilib. Bakı Gimnastika Məktəbini təmsil edən komandanın üzvləri qızıl, “Ocaq Sport” klubunun gimnastları (ikinci komanda) gümüş, “GymKids” idman klubunun gimnastları bürünc medal qazanıblar.

Komanda hesabında “Ocaq Sport” klubunun komandası fəxri kürsünün ən yüksək pilləsinə qalxıb, Bakı Gimnastika Məktəbinin komandası ikinci, “Qrasiya” idman klubunun komandası isə üçüncü yeri tutub.

Qeyd edək ki, mayın 3-4-də Bakı Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 27-ci Bakı birinciliyi keçirilir.

Birincilikdə 9 klubdan ümumilikdə 123-ü fərdi və 63-ü qrup komandasının (12 qrup) üzvü olmaqla 186 gimnast iştirak edir.

Yarışda idmançılar fərdi (balacalar - 2012, 2013, 2014-cü il təvəllüdlü, yeniyetmələr - 2010-2011-ci il təvəllüdlü, gənclər - 2007-2009-cu il təvəllüdlü) və qrup hərəkətləri proqramında (balacalar - 2012-2014-cü il təvəllüdlü, yeniyetmələr - 2010-2011-ci il təvəllüdlü) mübarizə aparır.

İki gün davam edəcək yarışda gimnastlar fərdi çoxnövçülükdə və qrup hərəkətləri proqramında öz aralarında qalibləri müəyyənləşdirəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti