...

Azərbaycan Üzgüçülük Federasiyasının baş katibi LEN-in konfransına qatılıb

İdman Materials 14 May 2022 14:18 (UTC +04:00)
Azərbaycan Üzgüçülük Federasiyasının baş katibi LEN-in konfransına qatılıb

Bakı. Trend:

Azərbaycan Üzgüçülük Federasiyasının baş katibi Fərid Bənənyarlı Portuqaliyanın Lissabon şəhərində keçirilən LEN Avropa Üzgüçülük Federasiyasının fövqəladə iclasında iştirak edir.

Federasiyanın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iclasda LEN-nin yeni seçilmiş Prezidenti Antonio Silvanın 100 günlük fəaliyyətinin hesabatı dinləniləcək.

Bundan başqa Avropa Üzgüçülük Federasiyasının gələcəkdə görüləcək işlər planı, digər yeniliklər və keçirilməsi nəzərdə tutulan yarışların təşkili məsələri də müzakirə olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti