...

Gimnastlarımız Polşadan iki qızıl, bir gümüş medalla qayıdırlar (FOTO)

İdman Materials 6 İyun 2022 13:46 (UTC +04:00)
Gimnastlarımız Polşadan iki qızıl, bir gümüş medalla qayıdırlar (FOTO)

Bakı. Trend:

İyunun 3-dən 5-dək Polşanın Jeşuf şəhərində akrobatika gimnastikası üzrə Dünya kuboku keçirilib.

Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, yarışda yığma komandamızın üzvləri qarışıq hərəkətlər proqramında 2 qızıl və 1 gümüş medal əldə ediblər. Leyla Bəşirova, Nəzrin Fərmanova, Mənsumə Məmmədzadədən ibarət qadın qrupumuz, Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlüyümüz qızıl, Daniel Abbasov və Murad Rəfiyevdən ibarət kişi cütlüyümüz gümüş medal qazanıb.

Qeyd edək ki, qadın qrupu və qarışıq cütlüyümüzün qazandığı nailiyyət akrobatika gimnastikası üzrə Dünya kubokunda əldə olunan ilk qızıl medaldır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti