...

Slovakiya - Azərbaycan matçının birinci hissəsində hesab açılmayıb

İdman Materials 10 İyun 2022 20:52 (UTC +04:00)
Slovakiya - Azərbaycan matçının birinci hissəsində hesab açılmayıb

Bakı. Trend:

Futbol üzrə UEFA Millətlər Liqasının üçüncü turu çərçivəsində keçirilən Slovakiya - Azərbaycan milliləri arasında oyunun birinci hissəsi başa çatıb.

Trend xəbər verir ki, “Dalğa Arena” stadionunda qarşılıqlı hücumlar şəraitində keçən görüşün ilk hissəsində komandaların cəhdlərinə baxmayaraq hesab açılmayıb.

Qarşılaşmanı litvalı baş hakim Donatas Rumsas idarə edir.

Xatırladaq ki, Azərbaycan yığması birinci turda səfərdə Qazaxıstana 0:2 hesabı ilə uduzub. İkinci turda isə millimiz Serbiyada Belarusla qolsuz bərabərə qalıb.

Qrupun digər görüşündə Belarus yığması Qazaxıstanla qarşılaşacaq. Həmin oyun saat 22:45-də başlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti