...

Azərbaycan komandası bədii gimnastika üzrə Avropa çempionatında bürünc medal qazanıb

İdman Materials 19 İyun 2022 15:25 (UTC +04:00)
Azərbaycan komandası bədii gimnastika üzrə Avropa çempionatında bürünc medal qazanıb
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Təl-Əvivdə (İsrail) keçirilən bədii gimnastika üzrə Avropa çempionatının son yarış günündə qrup hərəkətlərində Azərbaycan komandası 34,750 xal toplayaraq beş halqa ilə hərəkətlərdə bürünc medal qazanıb.

Trend-in məlumatına görə, birinci yeri İtaliya komandası (36,650 xal), ikinci yeri İsrail təmsilçiləri (36,450 xal) tutublar.

Bu gün qrup hərəkətləri üzrə Azərbaycan komandası daha bir finalda - üç lent və iki topla proqramda çıxış edəcək.

Komanda heyətinə Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Qummatova, Elizaveta Luzan və Darya Sorokina daxildir.

Bununla yanaşı, bu gün fərdi proqramda final yarışları keçirilib və nəticədə Zöhrə Ağamirova topla hərəkətdə səkkizinci (31,450 xal), gürzlərlə proqramda altıncı (32,150 xal), Arzu Cəlilova isə lentlə hərəkətlərdə səkkizinci yeri tutub (28.500 xal).

Xatırladaq ki, bundan əvvəl yarış zamanı gənc gimnastımız, Kamilla Qafarova gürzlərlə hərəkətlərdə bürünc medalı, qrup hərəkətləri üzrə Azərbaycan komandası isə çoxnövçülükdə bürünc medala layiq görülüb.

İyunun 15-19-da Təl-Əvivdə (İsrail) bədii gimnastika üzrə Avropa çempionatı keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti