...

Gimnastlarımız İsraildə keçirilən Avropa çempionatında daha bir medal qazanıb

İdman Materials 19 İyun 2022 16:52 (UTC +04:00)
Gimnastlarımız İsraildə keçirilən Avropa çempionatında daha bir medal qazanıb
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Təl-Əvivdə (İsrail) bədii gimnastika üzrə Avropa çempionatının final yarışında qrup hərəkətlərində Azərbaycan komandası 31.900 xal toplayaraq üç lent və iki topla hərəkətlərdə bürünc medal qazanıb.

Trend-in məlumatına görə, bu proqramda birinci yeri İtaliya komandası (34,250 xal), ikinci yeri İspaniya komandası (31,950 xal) tutub.

Azərbaycan komandasının heyətində Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Elizaveta Luzan və Darya Sorokina yer alıb.

İyunun 15-19-da Təl-Əvivdə (İsrail) keçirilən bədii gimnastika üzrə Avropa çempionatının yekunlarına görə Azərbaycan komandası dörd bürünc medal qazanıb. Beləki, gürzlərlə hərəkət proqramında gənc gimnastımız Kamilla Qafarova bürünc medal qazanıb. Azərbaycan komandası qrup hərəkətlərində - çoxnövçülükdə, beş halqa ilə proqramda və üç lent və iki topla hərəkətdə üç bürünc medal qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti