...

İsraildə akrobatika gimnastikasının inkişafına böyük önəm verilir - Məşqçi

İdman Materials 2 İyul 2022 12:35 (UTC +04:00)
İsraildə akrobatika gimnastikasının inkişafına böyük önəm verilir - Məşqçi

Bakı. Trend:

Trend Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadən İsrailin akrobatika üzrə qadınlardan ibarət milli komandasının məşqçisi Şiran Ouaknine ilə müsahibəni təqdim edir:

- Azərbaycana xoş gəlmisiniz. Zəhmət olmasa, səfərinizin məqsədi barədə məlumat verərdiniz.

- Azərbaycana səfərimizin məqsədi burada təlim-məşqlərdə iştirak etməkdir. Qadınlardan ibarət yığma komandamızın üzvləri ABŞ-da keçiriləcək Dünya Oyunlarında İsraili üçlük proqramında təmsil edəcəklər. Biz bu yarışa ciddi hazırlıq prosesi keçirik.

- Təlim-məşqlərdə iştirak edən komandanızın heyətində neçə idmançı yer alıb?

- Komandamızın tərkibi üç qadın və dörd kişi idmançıdan ibarətdir.

- Nə qədər müddətdir ki, məşqçilik edirsiniz?

- 11 ildir ki, məşqçi kimi çalışıram. Əvvəllər isə qadın cütlüyü proqramında böyüklər yaş kateqoriyasına qədər yarışlarda gimnast kimi çıxış etmişəm.

- İsraildə akrobatika gimnastikasının inkişafı barədə fikirlərinizi bilmək istərdik.

- İsraildə akrobatika gimnastikasının inkişafına böyük önəm verilir. Bu növ üzrə çoxlu gimnastlarımız var. Bizim dünya və Avropa çempionu titulunu qazanmış idmançılarımız var. Onlar dəfələrlə İsraili müxtəlif yarışlarda təmsil ediblər.

- Azərbaycana ilk dəfədir ki, səfər edirsiniz?

- Xeyr. Üç ay bundan əvvəl dünya çempionatı zamanı və Avropa Oyunları keçirilərkən Bakıda olmuşam.

- Yeri gəlmişkən, Azərbaycanda keçirilən dünya çempionatında idmançılarınız necə çıxış etdi?

- Yığmamızın üzvləri qadınlar arasında üçlük proqramında temp hərəkətlərində üçüncü oldular. Kişilər iki dəfə üçüncü yeri tutdular və bir gümüş medal qazandılar.

- Milli Gimnastika Arenasında məşq etmək xoşunuza gəlirmi?

- Arena çox böyükdür. Təəssüf ki, İsraildə belə bir idman zalı yoxdur. Bakı şəhəri çox xoşumuza gəldi. Çoxlu peşəkar gimnastlarınız var. Biz həqiqətən burada qalmağı çox sevirik.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti