...

Sayns karyerasında ilk dəfə “Formula 1” Qran-Prisinin qalibi olub

İdman Materials 3 İyul 2022 20:50 (UTC +04:00)
Sayns karyerasında ilk dəfə “Formula 1” Qran-Prisinin qalibi olub

Bakı. Trend:

"Ferrari" komandasının ispaniyalı pilotu Karlos Sayns "Formula-1" üzrə Böyük Britaniya Qran-Prisinin qalibi olub.

Trend-in məlumatına görə, Qran Prini ikinci yerdə "Red Bull" komandasının meksikalı pilotu Serxio Peres, üçüncü yerdə isə "Mercedes" komandasının britaniyalı pilotu Lyuis Hemilton başa vurub.

Xatırladaq ki, Böyük Britaniyada keçirilən Formula 1 üzrə dünya çempionatının 10-cu mərhələsinin yarışı 1-ci döngədə beş pilotun iştirakı ilə baş verən qəzaya görə dayandırılmışdı.

Yarış qəzadan təxminən 1 saat sonra bərpa edilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti