...

"Barselona" Levandovski ilə 4 illik müqavilə imzalayacaq

İdman Materials 20 İyul 2022 06:21 (UTC +04:00)
"Barselona" Levandovski ilə 4 illik müqavilə imzalayacaq

Bakı. Trend:

İspaniyanın "Barselona" futbol klubu polşalı hücumçu Robert Levandovski ilə 4 illik müqavilə imzalayacaq.

Trend-in məlumatına görə, bu barədə "Barselona"nın mətbuat xidməti xəbər verib.

Məlumata əsasən, R.Levandovskinin Almaniyanın "Bavariya" komandasından transferinin məbləği 45 milyon avro və bonus olaraq 5 milyon avro təşkil edib.

Qeyd edək ki, hücumçunun transferi iyulun 16-da açıqlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti