...

Maks Ferstappen "Formula-1" üzrə Macarıstan Qran Prisinin qalibi olub

İdman Materials 31 İyul 2022 19:08 (UTC +04:00)
Maks Ferstappen "Formula-1" üzrə Macarıstan Qran Prisinin qalibi olub

Bakı. Trend:

"Red Bull" komandasının niderlandlı pilotu Maks Ferstappen "Formula-1" üzrə Macarıstan Qran Prisinin qalibi olub.

Trend-in məlumatına görə, yarışlar "Hunqororinq" avtodromunda keçirilib.

Qran Prini ikinci yerdə "Mercedes" komandasının britaniyalı pilotu Lyuis Hemilton, üçüncü yerdə isə L.Hemiltonun komanda yoldaşı Corc Rassel başa vurub.

"Formula-1"in növbəti mərhələsi 26-28 avqust tarixlərində Belçikada baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti