...

"Viktoriya" və "Qarabağ"ın start heyətləri açıqlanıb

İdman Materials 23 Avqust 2022 22:27 (UTC +04:00)
"Viktoriya" və "Qarabağ"ın start heyətləri açıqlanıb

Bakı. Trend:

Çexiyada UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində üz-üzə gələcək "Viktoriya" (Plzen) və "Qarabağ"ın start heyətləri açıqlanıb.

Trend xəbər verir ki, "Viktoriya"nın start heyətində Yindrjix Stanek, Ludek Pernitsa, Yan Sikora, Yan Kopits, Tomaş Xori, Con Moskera, Pavel Buxa, Vatslav Yemelka, Lukaş Kalvax, Milan Havel və Libor Holik yer alıblar.

Ağdam təmsilçisinin heyətində isə meydana isə Şahruddin Məhəmmədəliyev, Qara Qarayev, Riçard Almeyda, Abdullah Zubir, Bəhlul Mustafazadə, Filip Ozobiç, Kadi Borges, İbrahima Vadji, Toral Bayramov, Marko Veşoviç və Bədavi Hüseynov çıxacaqlar.

Qeyd edək ki, "Dusan Arena"da oynanılacaq görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Komandalar arasında Bakıda təşkil olunan ilk matçda hesab açılmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti