...

“Qarabağ” klubu UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb

İdman Materials 24 Avqust 2022 01:07 (UTC +04:00)
“Qarabağ” klubu UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb

Bakı. Trend:

Ağdamın “Qarabağ” klubu UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb.

Trend xəbər verir ki, turnirin pley-off mərhələsinin cavab oyunları çərçivəsində “Qarabağ” Çexiyada "Viktoriya" (Plzen) klubunun qonağı olub.

"Dusan Arena"da oynanılan matçda “Viktoriya” komandası 2:1 hesablı qələbə qazanıb. Ağdam təmsilçisinin heyətində Filip Ozobiç fərqlənib. Rəqib komandanın qollarını isə Yan Kopits və Yan Kliment vurublar.

Komandalar arasında Bakıda təşkil olunan ilk matçda hesab açılmayıb. İki oyunun nəticəsinə görə, “Qarabağ” klubu turnirdə mübarizəni dayandırıb. Ağdam təmsilçisi UEFA Avropa Liqasının qrup mərhələsində çıxış edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti