Bakı. Trend:
Oktyabrın 4-də AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.
Trend xəbər verir ki, Saat 15:00-da başlayacaq iclasın gündəliyinə aşağıdakı məsələlər daxil olunub:
1. Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə
təyinatla bağlı müzakirə
2. Aşağı yaş qruplarından ibarət milli komandaların baş məşqçisi
vəzifəsinə təyinatlarla əlaqədar müzakirə
3. Lisenziyalaşdırma qaydalarında müvafiq dəyişikliklərin
təsdiqi
4. Futbol Veteranları Fondunun Əsasnaməsində müvafiq
dəyişikliklərin müzakirəsi
5. Yoxlama-Təftiş Komitəsinin tərkibinin təsdiqi
6. Digər məsələlər