...

Türkiyə Qətərə futbol üzrə dünya çempionatında təhlükəsizliyi təmin etməyə kömək edəcək

İdman Materials 5 Oktyabr 2022 23:04 (UTC +04:00)
Türkiyə Qətərə futbol üzrə dünya çempionatında təhlükəsizliyi təmin etməyə kömək edəcək

Bakı. Trend:

Türkiyə Böyük Millət Məclisi (TBMM) Qətərdə “Dünya Kuboku Qalxanı” əməliyyatı çərçivəsində Türkiyə ordusunun altı aylıq missiyası ilə bağlı Türkiyə prezidentinin fərmanı layihəsini qəbul edib.

Trend-in məlumatına görə, fərmana əsasən, idman tədbirinin təhlükəsiz keçirilməsini təmin etmək məqsədi ilə “Dünya Kuboku Qalxanı” missiyası Qətər silahlı qüvvələri və bu ölkə hökumətinin dəvət etdiyi dövlətlərlə birgə həyata keçiriləcək.

Xüsusilə, Qətər ərazisində missiyada iştirak edən ölkələr müxtəlif təhlükələrə, ilk növbədə terrorizmə qarşı lazımi tədbirlər görəcəklər.

Missiya Qətər hökumətinin dost və müttəfiq ölkələrə, o cümlədən Türkiyəyə müraciəti əsasında həyata keçirilir.

Qeyd edək ki, Qətərdə futbol üzrə dünya çempionatı 2022-ci il noyabrın 21-dən dekabrın 18-dək keçiriləcək.

Xəbər lenti

Xəbər lenti