...

Çox vacib 3 xal əldə etdik - Qurban Qurbanov

İdman Materials 7 Oktyabr 2022 04:04 (UTC +04:00)
Çox vacib 3 xal əldə etdik - Qurban Qurbanov

Bakı. Trend:

Bu qələbə hələ heç nəyi həll etməyib. Qarşıda bizi daha 3 oyun gözləyir. Vaxtımız var. Burada etdiyimiz səhvləri təkrarlamamalıyıq. Bakıdakı matça daha ciddi hazırlaşacağıq.

Trend xəbər verir ki, bu sözləri UEFA Avropa Liqasının qrup mərhələsinin üçüncü tur oyunları çərçivəsində səfərdə Yunanıstanın “Olimpiakos” komandasını məğlub edən Ağdamın “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov matçdan sonra təşkil olunan mətbuat konfransında deyib.

Baş məşqçi bildirib ki, “Olimpiakos" haqqında mənfi düşüncəm yoxdur. Matçdan əvvəl 5-li müdafiə ilə oynayacaqlarını gözləyirdim. Sadəcə, start heyətləri açıqlananda 4 müdafiəçi ilə çıxış edəcəklərini gördüm. Meydana çıxanda isə 5-li müdafiə ilə oynadılar. Bu mənada mənim üçün bir az sürpriz oldu. Matçın əvvəlində müəyyən çatışmazlıqlar olsa da, sonradan oyuna nəzarəti ələ ala bildik. "Olimpiakos" haqqında yalnız müsbət fikirdəyəm. Bu komanda daha artığına layiqdir və yaxşı yerlər uğrunda mübarizə apara bilər.

“Çox vacib 3 xal əldə etdik. Dünən də fikirlərimdə qeyd etmişdim ki, çox möhtəşəm stadionda, möhtəşəm azarkeşləri olan komandaya qarşı oynayacağıq. Belə atmosferdə oynamaq bizim üçün xoşdur. “Olimpiakos”a uğurlar arzulayıram. Rəqib komandanın futbolçuları çox bacarıqlıdır, səhvlərdən maksimum istifadə edə bilərlər”, - deyə Q.Qurbanov əlavə edib.

Xəbər lenti

Xəbər lenti