...

Rauf Əliyev “Qarabağ” klubunu təbrik edib

İdman Materials 7 Oktyabr 2022 10:05 (UTC +04:00)
Rauf Əliyev “Qarabağ” klubunu təbrik edib

Bakı. Trend:

Milli Məclisin deputatı, AFFA - nın vitse-prezidenti Rauf Əliyev “Qarabağ” klubunun rəhbərliyini, məşqçi heyətini və komandanın üzvlərini təbrik edib.

Təbrikdə deyilir: Hörmətli klub rəhbərliyi, məşqçi heyyəti və komandanın üzvləri sizi UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində Yunanıstan təmsilçisi “Olimpiakos” üzərində 3:0 hesabı ilə möhtəşəm qələbə qazanmağınız münasibəti ilə təbrik edir, qarşıdakı oyunlarda yeni-yeni qələbələr qazanaraq Azərbaycan xalqına daim sevinc hisləri bəxş etməyi arzulayıram.

Siz qədim Azərbaycan torpaqğı olan Qarabağın adını şərəflə daşıyırsınız və bütün dünyada Azərbaycanı ləyaqətlə təmsil edirsiniz. Sizə bu çətin və şərəfli vəzifələrin yerinə yetirilməsində daha yüksək zirvələri fəth etməyi arzulayıram.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti