...

Azərbaycan üzgüçüləri Dünya Kuboku yarışlarında mübarizə aparacaq

İdman Materials 22 Oktyabr 2022 10:57 (UTC +04:00)
Azərbaycan üzgüçüləri Dünya Kuboku yarışlarında mübarizə aparacaq

Bakı. Trend:

Azərbaycan yığma komandasının üzvləri 21-23 oktyabr tarixlərində Almaniyada keçirilən Üzgüçülük üzrə Dünya Kuboku yarışlarına qatılıblar.

Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Berlin şəhərində təşkil olunan yarışda 57 ölkədən 600-dən çox idmançı öz güclərinin sınayacaqlar. Üzgüçülük üzrə milli komandanın baş məşqçisi Rəşad Əbdürrəhmanovun rəhbərliyi altında ölkəmizi Dünya Kubokunda Ramil Vəlizadə və Məryəm Şeyxəlizadəxangah təmsil edəcək. R.Əbdürrəhmanovun sözlərinə görə bu yarışa dünyanın tanınmış top atletləri qatılıb:

“Dünya Kuboku yarışlarına dünyanın ən yaxşı idmançıları öz güclərini sınayırlar. Azərbaycan da bu mötəbər turnirdə iki üzgüçü ilə təmsil olunur. Ramil Vəlizadə və Məryəm Şeyxəlizadəxangah bu il ən yüksək nəticələr göstərən idmanşılarımız olduğundan bu yarışlarda onlar mübarizə aparacaqlar. Belə güclü idmanşıların qatıldığı yarışlarda iştirak etmək bizim üzgüçülər üçün çox böyük təcrübədir və gələcək planlaşdırma işlərində biz məşqçilər üçün vacibdir” deyə millinin baş məşqçisi əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti