...

Messi Qətərdə keçiriləcək Dünya Çempionatının favoritlərini açıqlayıb

İdman Materials 16 Noyabr 2022 04:13 (UTC +04:00)
Messi Qətərdə keçiriləcək Dünya Çempionatının favoritlərini açıqlayıb

Bakı. Trend:

PSJ klubunun və Argentina millisinin hücumçusu Lionel Messi Qətərdə keçiriləcək Dünya Çempionatının favoritlərini açıqlayıb.

Trend xəbər verir ki, bu barədə Cənubi Amerika Futbol Federasiyasının mətbuat xidmətindən bildirilib.

"Nə vaxt qələbəyə namizədlərdən danışırıqsa, həmişə eyni komandalardan danışırıq. Düşünürəm ki, Braziliya, Fransa və İngiltərə qalanlardan bir qədər üstündür", - deyə L.Messi bildirib.

Qeyd edək ki, Dünya Çempionatı 2022-ci il noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək. Turnir beş şəhərin səkkiz stadionunda keçiriləcək. Final qarşılaşması Milli Stadionda baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti