...

DÇ-2022: Portuqaliya millisi Qana üzərində qələbə qazanıb

İdman Materials 24 Noyabr 2022 22:20 (UTC +04:00)
DÇ-2022: Portuqaliya millisi Qana üzərində qələbə qazanıb

Bakı. Trend:

Portuqaliya millisi Qətərdə 2022-ci ildə keçirilən futbol üzrə dünya çempionatının qrup mərhələsinin 1-ci turunun oyununda Qana yığmasını məğlub edib.

Trend-in məlumatına görə, Dohadakı "Stadion 974" stadionunda keçirilən görüş 3:2 hesabı ilə başa çatıb. Qalib komandanın heyətində qolları Kriştiano Ronaldo (penalti), Joao Feliks və Rafael Leau vurub. Qana komandasından qolları Andre Ayyu və Osman Bukari vurublar.

Bu dəqiq zərbə ilə K.Ronaldo tarixdə beş dünya çempionatında qol vuran ilk futbolçu oldu. 37 yaşlı futbolçu daha əvvəl 2006, 2010, 2014 və 2018-ci il dünya çempionatlarında qol vurub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti