...

Futbol üzrə dünya çempionatı: Niderland - Ekvador oyunu heç-heçə yekunlaşıb (VİDEO)

İdman Materials 25 Noyabr 2022 22:19 (UTC +04:00)
Futbol üzrə dünya çempionatı: Niderland - Ekvador oyunu heç-heçə yekunlaşıb (VİDEO)

Bakı. Trend:

Qətərdə keçirilən dünya çempionatının A qrupunda II tura yekun vurulub.

Trend xəbər verir ki, turun son matçında Niderland və Ekvador yığmaları üz-üzə gəlib. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

Görüşdə ilk qolu 6-cı dəqiqədə "narıncılar"dan Kodi Qakpo vurub. 49-cu dəqiqədə isə Enner Valensiya tarazlığı bərpa edib.

Qrupun digər matçında ev sahibi Qətər Seneqala uduzub - 1:3.

Qeyd edək ki, 2 turdan sonra aktivində 4 xalı olan Ekvador və Niderland ilk iki sıranı bölüşdürür. Seneqal 3 xalla üçüncü, xalı olmayan Qətər isə sonuncudur.

Xəbər lenti

Xəbər lenti