...

Milli Gimnastika Arenasında daha tez-tez çıxış etmək arzusundayam - Beynəlxalq “Ocaq” Kubokunun medalçısı

İdman Materials 26 Noyabr 2022 21:41 (UTC +04:00)
Milli Gimnastika Arenasında daha tez-tez çıxış etmək arzusundayam - Beynəlxalq “Ocaq” Kubokunun medalçısı
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Milli Gimnastika Arenasında daha tez-tez çıxış etmək arzusundayam.

Bunu şənbə günü Trend-ə bədii gimnastika üzrə I Beynəlxalq “Ocaq” Kubokunun gümüş mükafatçısı, gənc idmançı Olqa Sulxayeva deyib.

İdmançı 2016-cı il təvəllüdlü turnir iştirakçıları arasında alətsiz hərəkət proqramında ikinci yeri tutub.

"Milli Gimnastika Arenasında ilk dəfə çıxış etdim. Zal çox böyük və gözəldir, çoxlu tamaşaçı var. Bütün bunlar xoş abu-hava yaradır və müsabiqə öncəsi həyəcan yox olur", - deyə gənc idmançı bildirib.

Altı yaşlı gimnast çıxışından sonra məşqçisindən tərif aldığını deyib.

"Baş məşqçi deyir ki, mən yaxşı çıxış edirəm. Gələcəkdə gimnastikada böyük uğurlar əldə etmək üçün çox çalışmağa və qazanılanda dayanmamağa çağırır", - deyə gimnast bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti