...

Bu gün bizim üçün yeni dünya çempionatı başlayır - Messi

İdman Materials 27 Noyabr 2022 04:24 (UTC +04:00)
Bu gün bizim üçün yeni dünya çempionatı başlayır - Messi

Bakı. Trend:

DÇ-2022-də Meksika üzərində qələbə Argentina yığmasına mənəvi cəhətdən müsbət təsir edəcək.

Trend xəbər verir ki, bunu oyundan sonra müdiaya açıqlamasında Argentina millisinin kapitanı Lionel Messi deyib.

"Matçın çətin olacağını başa düşürdük. Meksikalılar əla oynayırlar, onların əla məşqçisi var. Və bizim üçün bu gün yeni dünya çempionatı başlayır. Nəyin bahasına olursa-olsun, qələbə qazanmaq lazım idi, ikinci hissədə sakitləşə bildik, öz futbolumuzu göstərdik, bacardıq və oynamalı olduğumuz kimi oynadıq. Böyük qələbə.

Çoxlu debütantlarımız, eləcə də matçlar üçün qeyri-adi başlama vaxtımız var. Bunlar bəhanə deyil, uyğunlaşırıq və bu qələbə bizə mənəvi kömək edəcək", - deyə L.Messi bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti