...

İspaniya - Almaniya matçı heç-heçə bitib (VİDEO)

İdman Materials 28 Noyabr 2022 01:08 (UTC +04:00)
İspaniya - Almaniya matçı heç-heçə bitib (VİDEO)

Bakı. Trend:

Qətərdə keçirilən dünya çempionatının E qrupunun ikinci turunda İspaniya yığması Almaniya millisi ilə qarşılaşıb.

Trend xəbər verir ki, görüş 1:1 hesabı ilə başa çatıb.

Matçın 62-ci dəqiqəsində Alvaro Morata İspaniyanı hesabda önə çıxarıb.

83-cü dəqiqədə isə Niklas Füllkrüq Almaniyanın bərabərlik qoluna imza atıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti