...

“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir Biləsuvarda keçirilib (FOTO)

İdman Materials 30 Noyabr 2022 19:21 (UTC +04:00)
“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir Biləsuvarda keçirilib (FOTO)

Bakı. Trend:

30 noyabr 2022-ci il tarixində AFFA-nın, Biləsuvar Rayon İcra Hakimiyyətinin və Uşaq Gənclər Futbol Federasiyasının birgə təşkilatçılığı ilə Biəsuvar rayonunda “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir keçirilib.

Trend xəbər verir ki, tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qurbatov, AFFA-nın vitse-prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, Milli Məclisin deputatları Sabir Hacıyev, Bəhruz Məhərrəmov və Biləsuvar Rayon Gənclər və İdman İdarəsinin rəisi Azad Quliyev iştirak ediblər. Layihə çərçivəsində tədbirdə iştirak edən 50 məktəbli uşağa futbola marağı artırmaq məqsədilə idman geyimləri və toplar verilib. Gənc futbolçular bu idman növü üzrə öz bacarıqlarını nümayiş etdiriblər.

Bu layihə üzrə tədbirlərin digər bölgələrdə də həyata keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 dekabr 2019-cu il tarixdə Azərbaycan Milli Olimpiya Mərkəzində idmançılarla görüşü zamanı kəndlərdə idmanın inkişafına dair verdiyi tövsiyyələrin yerinə yetirilməsi istiqamətində atılmış addımdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti