...

"Qəbələ"də ayrılıq

İdman Materials 8 Mart 2024 14:17 (UTC +04:00)

Bakı. Trend:

“Qəbələ” israilli futbolçu Gilad Abramovla yollarını ayırıb.

Trend xəbər verir ki, klubdan İdman.biz-ə verilən məlumata görə, 24 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

2023-cü ilin iyulundan komandada çıxış edən legioner “qırmızı-qara” formada 23 matç keçirib.

O, Gilad Premyer Liqada 19, Azərbaycan kubokunda 2, Konfrans Liqasında 2 oyunda iştirak edib.

Xəbər lenti

Xəbər lenti