Bakı. Trend:
UEFA oyun qaydaları ilə bağlı növbəti seminar təşkil edib.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, AFFA-nın Hakimlər Komitəsinin sədri Barış Şimşek və Hakimlər Departamentinin fitnes məşqçisi Namiq Quliyev tədbirdə iştirak edirlər.
Texniki təlimatçılar üçün keçirilən kurslar martın 12-dən 13-dək
baş tutacaq. Seminarda “Oyun Qaydalarının vahid və ardıcıl yozumuna
və tətbiqinə nail olmaq”, “UEFA-nın yeni tədris materiallarını
qəbul etmək və onlarla tanış olmaq”, həmçinin “UEFA hakim
təlimatçıları şəbəkəsini gücləndirməyə davam etmək” mövzularına
üstünlük verilib.
Kursun proqramı üç əsas hissədən ibarətdir: UEFA-nın yeni tədris
materialının təqdimatı, ölkədaxili yarışların iştirakçıları
tərəfindən videokliplərin müzakirəsi, VAR spesifik mövzularının
müzakirəsi
Fitnes məşqçilər üçün də təşkil olunan kursun proqram və məqsədləri
də bəllidir. Seminarda fitnes testi prosedurlarının nəzərdən
keçirilməsi və yenilənməsi, Hakim Konvensiyasının Yeniləmələri,
AVRO-2024 üçün fiziki gözləntilər, “chatgpt” istifadə etməyin
müsbət və mənfi cəhətləri, inteqrasiya edilmiş Hakim Təlim
sessiyaları, UEFA20 Nümayişləri haqqında yenilik, həmçinin Avropa
üzrə hakim fitnes təlimatçıları ilə "ən yaxşı təcrübələri"nin
paylaşılması nəzərdə tutulub.