Bakı. Trend:
Bu gün Avropa Liqasında mövsümün son püşkatma mərasimi baş tutacaq.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, tədbir UEFA-nın İsveçrənin Nyon şəhərindəki Futbol Evində təşkil olunacaq.
Bakı vaxtı ilə saat 16:00-da başlayacaq mərasimdə 1/4 final, 1/2 final və finalın püşkü atılacaq. Öncə qitənin ikinci dərəcəli klub turnirində mübarizəni davam etdirən 8 klub 4 cüt təşkil edəcək.
Kor püşkdə komandalar istənilən rəqiblə üz-üzə gələ bilər. Ardınca yarımfinalda üz-üzə gələcək cütlər, həmçinin finalın nominal meydan sahibi də dəqiqləşəcək.
“Liverpul”
“Bayer”
“Roma”
“Vest Hem”
“Milan”
“Atalanta”
“Benfika”
“Marsel”
Qeyd edək ki, 1/4 final aprelin 11-də və 18-də, yarımfinal mayın 2-də və 9- da keçiriləcək. “Dublin Arena”dakı final mayın 22-də baş tutacaq.