...

Əsəbdən boğulsam da, “Qarabağ”la fəxr edirəm - Marko Yankoviç

İdman Materials 16 Mart 2024 15:05 (UTC +04:00)

Bakı. Trend:

"Bayer"ə qarşı keçirdiyimiz son iki oyundan sonra hisslərimi ifadə edə bilmirəm.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bu fikir "Qarabağ"ın futbolçusu Marko Yankoviçə məxsusdur.

Monteneqrolu yarımmüdafiəçi Avropa Liqasının 1/8 final mərhələsinin "Bayer"lə cavab oyunundan sonra instaqram hesabında paylaşım edib.

O, mərhələ keçməməyin üzüntüsünü yaşadığını gizlətməyib: "Leverkuzendəki görüşdən sonra məyusluqdan və əsəbdən boğulsam da, komandamla fəxr edirəm. Bizim "Qarabağ" kimi bir klubu təmsil etdiyim üçün xoşbəxtəm. Biz mərhələ keçə bilmədik. Buna layiq və yaxın idik. Amma bu oyunlar bizim üçün böyük təcrübə, böyük dərs oldu. Biz qalibik!".

Qeyd edək ki, "Qarabağ" "Bayer"lə hər iki matçda 2:0 hesabı ilə öndə olsa da, qələbəni əldən verib – 2:2, 2:3.

Xəbər lenti

Xəbər lenti