...

Qurban Qurbanovdan çempionluq şərhi

İdman Materials 29 Mart 2024 22:19 (UTC +04:00)

Bakı. Trend:

“Biz çempion olacağımıza inanırdıq”.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bunu “Kəpəz”lə oyunda çempionluğu rəsmiləşdirən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Təcrübəli mütəxəssis Azərbaycan Premyer Liqasının XXVIII turunda “Kəpəz”i 6:1 hesabı ilə məğlub etdikləri oyundan sonra futbolçulara təşəkkür edib: “Adil bəyə və komandasına uğurlar arzulayıram. Futbolçularıma təşəkkür edirəm. Onlar üzərlərinə düşən vəzifənin öhdəsindən gəldilər. Belə uğurlar futbolçuları daha peşəkar edir”.

Qeyd edək ki, "Qarabağ" tarixində 11-ci dəfə Azərbaycan çempionu olub.

Xəbər lenti

Xəbər lenti