Bakı. Trend:
Azərbaycan çempionu yeni transfer edib.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, "Qarabağ" Emmanuel Addai ilə müqavilə bağlayıb.
Hücumameylli yarımmüdafiəçi ilə razılaşma iki illik nəzərdə tutulub. Addai İspaniyanın "Alkorkon" klubundan "Qarabağ"a keçib. O, 2022-24-cü illərdə bu komandanın şərəfini qoruyub. Emmanuel bunadək Fransada “Bobiqni” klubunda (2021-2022) çıxış edib.