...

Neymar yenidən Messi ilə eyni komandada oynaya bilər

İdman Materials 11 Noyabr 2024 06:56 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Braziliya millisinin üzvü və "Əl-Hilal"ın oyunçusu Neymar ABŞ-a transfer olunmağı planlaşdırır.

Trend xəbər verir ki, ona "İnter Mayami" klubu maraq göstərir. Neymarın özü də "Barselona"da olduğu kimi Lionel Messi və Luis Suareslə birgə oynamaq arzusundadır.

Bu məqsədlə Neymar "Əl-Hilal"ı tərk etmək istəyir. Hazırda meneceri Səudiyyə Ərəbistanı klubu ilə bu mövzuda danışıqlar aparır.

Əgər "Əl-Hilal" onun ayrılmasına icazə versə, Neymarın qışda "İnter Mayami"yə transferi mümkün olacaq.

Xəbər lenti

Xəbər lenti